Gürcüstanın müxalif partiyası Marneuli icra başçısı vəzifəsinə azərbaycanlı qadının namizədliyini verib

Gürcüstanın müxalif partiyası Marneuli icra başçısı vəzifəsinə azərbaycanlı qadının namizədliyini verib
# 22 sentyabr 2017 10:35 (UTC +04:00)

Gürcüstanın müxalif “Quruculuq Hərəkatı” Partiyası azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun icra başçısı vəzifəsinə namizəd irəli sürüb.

APA-nın yerli bürosunun məlumatına görə, partiyanın namizədi uzun illər QHT sektorunda çalışmış Leyla Məmmədovadır.

Namizədin rəsmi təqdimatında çıxış edən partiyanın lideri, Gürcüstan parlamentinin keçmiş spikeri David Usupaşvili deyib ki, Leyla Məmmədova uzun illər vətəndaşların hüquqlarının müdafiəsi sahəsində aktiv fəaliyyət göstərib:“Fəxr edirik ki, Leyla Məmmədova bizim sıralarımızdadır. Əminəm ki, o, seçkilərdə qalib gələcək”.


Qeyd edək ki, Marneuli rayonunda ilk dəfə olaraq icra başçısı vəzifəsinə qadın namizəd irəli sürülüb. Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR