Lənkəranda qonşusunun evini atəşə tutan şəxs tutulub

Lənkəranda qonşusunun evini atəşə tutan şəxs tutulub
# 30 dekabr 2019 12:34 (UTC +04:00)

Lənkəran sakinindən silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 16-da Lənkəran rayonunun Parakənd kənd sakini N.Quliyevin həmkəndlisi İ.Mirzəyevin evi istiqamətində tüfəngdən 2 dəfə atəş açıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə N.Quliyevdən müvafiq sənədləri olan “İJ-18” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR