Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub

Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub
# 08 sentyabr 2015 10:21 (UTC +04:00)

Bak. Hafiz Heydərov – APA. Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Vurğun Zahidovun evindən 750 manat oğurlamış Atbulaq kənd sakini Bilal Fərzəliyev tutulub.

Şəki şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Bahəddin İsmayılovun həyətindən 2 baş inək oğurlamış rayon sakini İsmayıl Kamalov, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 6-da Tofiq Hüseynovun həyətindən 5 baş qoyun oğurlamış rayon sakini Ram Şirəliyev və Tovuz rayon sakini Bəşir Məhərrəmov saxlanılıb.

Saatlı rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 6-da “Azərkörpü” ASC-yə məxsus 10 ədəd 8 metrlik dəmir boruları oğurlamağa cəhd göstərmiş şəhər sakini Müsəffir Rəhmanov tutulublar.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR