Misir Mərdanov: “Azərbaycanda müəllim-şagird nisbəti ilə bağlı vəziyyət çox pisdir”

Misir Mərdanov: “Azərbaycanda müəllim-şagird nisbəti ilə bağlı vəziyyət çox pisdir”
# 17 noyabr 2012 09:25 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov “2012-2013-cü tədris ilində müəllimlərin işə qəbulunun nəticələri”nə həsr olunmuş kollegiya iclasında deyib.

Nazir bildirib ki, son illər ölkədə müəllim-şagird nisbəti 1:10-dan 1:8-nə enib: “Bu, bütün təhsil ictimaiyyətini düşündürən ən vacib məsələlərdən biridir, hətta yaxın günlərdə parlamentdə büdcə layihəsinin müzakirəsi zamanı vacib məsələ kimi ortaya qoyuldu, həllinin zəruriliyi vurğulandı. Bir çox ölkədə müəllim-şagird nisbəti 1:16-ya bərabərdir. Biz də bu barədə daha diqqətli düşünməli və vəziyyətin aradan qaldırılması istiqamətində düzgün həll yolları tapmalıyıq. Bu gün üçün ən vacib məqsədimiz müəllim-şagird nisbətini 1:16-ya qaldırmaqdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR