İsmayıllı və Mingəçevirdə zəlzələ olub

İsmayıllı və Mingəçevirdə zəlzələ olub
# 12 noyabr 2012 11:00 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, bu gün saat 10.07-də, İsmayıllı rayonundan 20 km cənubi-şərqdə zəlzələ qeydə alınıb. Maqnitudası 3.50, dərinliyi 41 km olan zəlzələ hiss olunmayıb.

Saat 11.41-də isə Mingəçevirdən 27 km şimal-qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər, episentrə yaxın yaşayış məntəqələrində 2 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində insan tələfatı və dağıntılar qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR