İranda məktəbliləri daşıyan avtobus aşıb, 2 nəfər ölüb, 15 nəfər yaralanıb

İranda məktəbliləri daşıyan avtobus aşıb, 2 nəfər ölüb, 15 nəfər yaralanıb
# 09 noyabr 2012 18:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Səbzivar şəhərində 2 nəfərin ölümü, 15 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə dünən yerli vaxtla saat 23:30 radələrində baş verib. Məktəbliləri İran-İraq müharibəsinə həsr olunan abidəni ziyarət etmək üçün aparan avtobus sürücünün idarəetməni itirməsi nəticəsində aşıb. 2 nəfər elə yerindəcə keçinib. Yaralılar məktəblilər isə yaxınlıqdakı xəstəxanaya aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR