İran qoyunlarını Ermənistanda otaracaq

İran qoyunlarını Ermənistanda otaracaq
# 20 dekabr 2012 10:49 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Şərqi Azərbaycan vilayəti ilə Ermənistanın Sünix rayonu arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müqaviləsi imzalanacaq. APA-nın İRNA-ya istinadən məlumatına görə, bu barədə Şərqi Azərbaycan vilayəti kənd təsərrüfatı idarəsinin rəhbəri Məsud Məhəmmədian bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Sünik rayonunun rəhbəri Şərqi Azərbaycan vilayətinə səfər edəcək: “Müqavilə də həmin səfər zamanı imzalanacaq. Sənəddə yaz və yay aylarında Şərqi Azərbaycan vilayətinin köçərilərinin 5 min baş heyvanını 5 il müddətinə Sünix rayonunu ərazisində otara bilmələri barədə razılaşma öz əksini tapıb. Bunun əvəzində isə Ermənistana yerli istehsal olan kənd təsərrüfatı texnikaları veriləcək”. M. Məhəmmədian həmçinin deyib ki, İran Ermənistanın Gorus rayonunda sallaqxana da tikəcək: “Eyni zamanda Sisyan rayonunda yem məhsullarının istehsalı mərkəzi inşa olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR