Bakıda sürücü sükan arxasında ölüb

Bakıda sürücü sükan arxasında ölüb
# 24 dekabr 2012 15:29 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda sürücü sükan arxasında dünyasını dəyişib. Bu barədə APA-ya Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib. Bu gün Nəsimi rayonunda 1959-cu il təvəllüdlü Əhməd Bədəlov “Hyundai Sonata” markalı avtomobili idarə edərkən qəflətən vəfat edib. İlkin məlumata görə, mərhum ürək tutmasından ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR