Rusiyanın baş naziri canlı yayında azərbaycanlı jurnalistə siqareti tərgitməyi tövsiyə edib - FOTO

Rusiyanın baş naziri canlı yayında azərbaycanlı jurnalistə siqareti tərgitməyi tövsiyə edib   - <span style="color: red;">FOTO
# 07 dekabr 2012 13:50 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın baş naziri Dmitri Medvedev canlı yayında azərbaycanlı jurnalistə siqareti tərgitməyi tövsiyə edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, baş nazir Rusiyanın “Birinci kanal”ının aparıcısı İradə Zeynalovaya siqaret çəkməməyi məsləhət görüb.

Müsahibə zamanı Dmitri Medvedevə siqaret haqqından qanunun qəbul olunması ilə bağlı sual verən İradə Zeynalova siqaret aludəçisi olduğunu, lakin özünün bu qanunun lehinə olduğunu söyləyib. Azərbaycanlı jurnalist bunu oğlan övladı böyütməsi ilə əlaqələndirib: “İstəməzdim ki, oğlum da siqaret çəkməyə başlasın”.

D.Medvedev İ.Zeynalovaya bu gündən siqareti tərgitməyi tövsiyə edib: “Mənim birinci məsləhətim budur ki, bu gündən siqareti tərgidəsiniz. Çünki hər zaman uşaqlar valideynlərindən nümunə götürürlər”.

Baş nazir Rusiyada siqaretlə bağlı problemin ağır olduğunu söyləyib: “Ölkənin yarısı siqaret çəkir. Siqaret çəkənlərlə mübarizə sivil qaydada aparılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR