Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub

Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub
# 23 sentyabr 2015 10:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də Natiq Əliyevin evindən 700 manat oğurlamış Xırdalan şəhər sakini Ayaz Qasımov tutulub.

Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də Zəhra Aslanovaya məxsus BMW markalı avtomobildən 700 manat və sənəd oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Quliyev saxlanılıb.

Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramiz Ələsgərova, Şaiq Ələkbərova, Kənan Əliyevə və Mehman Həsənova məxsus mağazalardan pul, ərzaq məhsulları, məişət əşyaları, tütün məmulatı və sərinləşdirici içki oğurlamış Qazax şəhər sakinləri, əvvəllər məhkum olunan Nicat Cəfərov və Orxan Nəbiyev tutulublar.

Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 21-də Şəhla Tağıyevanın evindən qızıl əşyalar oğurlamış şəhər sakinləri, əvvəllər məhkum olunan Rahib Xəlilov və Əli Məmmədov tutulublar. Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbiri nəticəsində sentyabrın 21-də Günay Cəfərovanın evindən qızıl əşyalar oğurlamış şəhər sakini Nurlan İsayev saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR