Bakı. Hafiz Heydərov – APA. Bakıda cins iti oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xəzər rayon Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də Bəhmən Mustafayevə məxsus 2 cins iti oğurlamış Bakı şəhər sakini Vüqar Dadaşov tutulub.
Faktla bağlı araşdırma aparılır.