Parlament seçkilərində gənclərin iştirakına həsr olunmuş görüş keçirilib - FOTOSESSİYA

Parlament seçkilərində gənclərin iştirakına həsr olunmuş görüş keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 20 oktyabr 2015 08:54 (UTC +04:00)

MSK sədri: “Əgər kimsə seçkiyə biganə münasibət bildirirsə, gənclər dərhal buna reaksiya verməlidir”

Bakı. Ramiz Mikayıloğlu - APA. Prezident Administrasiyası, Prezident yanında Gənclər Fondu və Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə parlament seçkilərində gənclərin iştirakı mövzusunda gənclər təşkilatları ilə görüş keçirilib.

APA-nın məlumatına görə, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev müstəqilliyinin 24 ili tamam olan Azərbaycanın böyük inkişaf yolu keçdiyini bildirib. O, Milli Məclisə seçkilərdə gənclərin iştirakının, Azərbaycanın müstəqilliyinə, sabitliyinə səs verməsinin bir vətəndaş borcu olduğunu söyləyib.

MSK sədri Məzahir Pənahov deyib ki, həmişə Azərbaycanın müstəqilliyi arzusu ilə yaşayıb: “Bugünkü gənclər isə müstəqil Azərbaycanın vətəndaşlarıdır, belə arzu ilə yaşamırlar. Arzu edirik ki, gənclər müstəqilliyimizin qədrini bilsinlər. Digər tərəfdən, müstəqillik qazanmaqla bərabər, dövlətin suverenliyini qorumaq da vacibdir. Suverenliyin qorunması gənc nəslin necə yetişməsindən asılıdır. Əvvəllər dövlətləri suverenlikdən, müstəqillikdən məhrum etmək üçün hərbi hücum edirdilərsə, indi ölkələrin suverenliyinə müxtəlif yollarla müdaxilə edirlər. Bura “beşinci kolon” və seçkilər də daxildir. Nəzərə almaq lazımdır ki, hər bir cəmiyyətdə həmişə müxtəlif səbəblərdən müəyyən narazı kəsim olur. “beşinci kolon” da olur. Bu və ya digər səbəbdən narazı qalan insanları müəyyən kənar qüvvələr öz tərəflərinə çəkir və sonra öz maraqları üçün istifadə edir, “beşinci kolon” yaradırlar. Bu baxımdan gənclər həssas təbəqədir. Gənclər dünyaya daha çox çıxırlar və onlar mürəkkəb dünyada Azərbaycanı qiymətləndirməyi bacarmalıdırlar. Gənc müstəqil ölkələrin gələcəyi yetişdirdiyi gənclərin əlindədir”.

M. Pənahov qeyd edib ki, bu il ilk dəfə səs verəcək gənclər 1998-ci ildə dünyaya göz açanlardır: “Əgər kimsə seçkiyə biganə münasibət bildirirsə, gənclər dərhal buna reaksiya verməlidir. Bu seçkilərdə 63 min 555 min nəfər ilk dəfə səs verəcək. Səsvermə günü isə 257 seçicinin 18 yaşı tamam olacaq. Mən o gəncləri də səs verməyə çağırıram. Siz ölkənizin gələcəyinə səs vermiş olacaqsınız”.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda 300-dən artıq gənclər təşkilatının fəaliyyət göstərdiyini xatırladıb: “Azərbaycan əhalisinin 66 faizi 35 yaşına qədər olan insanlardır. Ona görə də Azərbaycanda gəncləri seçkilərə cəlb etmək çox vacibdir. Gənclər və İdman Nazirliyi bu istiqamətdə treninqlər, tədbirlər keçirir. İstərdik ki, gənclər təşkilatları da gəncləri seçkilərdə aktiv iştiraka çağırsın, bu yöndə tədbirlər keçirsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR