Azərbaycanın birinci xanımı IV Qlobal Bakı Forumu çərçivəsində bir sıra görüşlər keçirib

Azərbaycanın birinci xanımı IV Qlobal Bakı Forumu çərçivəsində bir sıra görüşlər keçirib
# 10 mart 2016 12:30 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva martın 10-da IV Qlobal Bakı Forumunda iştirak edən Latviyanın sabiq birinci xanımı Lilita Zatlere ilə görüşüb.

APA-nın xəbərinə görə, M. Əliyeva Lilita Zatlereni yenidən Bakıda görməkdən məmnun olduğunu deyib. O, IV Qlobal Bakı Forumunun dünyanı narahat edən bir çox məsələlərin müzakirəsi baxımından mühüm dialoq məkanı olduğunu bildirib. L. Zatlere IV Qlobal Bakı Forumunda müzakirə edilən məsələlərin qlobal təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

M. Əliyeva bu gün ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə də görüşüb. ISESCO-nun xoşməramlı səfiri M. Əliyeva Azərbaycanla təşkilat arasında sıx əməkdaşlığın mövcudluğunu qeyd bildirib.

Azərbaycanın birinci xanımı həmçinin Albaniyanın birinci xanımı Odeta Nişani ilə görüşüb. M. Əliyeva Albaniyanın birinci xanımına Bakıya səfəri çərçivəsində Azərbaycanla daha yaxından tanış olmaq imkanı qazanacağını diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR