Sərdar Cəlaloğlu Birləşmiş Hüquq Müdafiə Mərkəzinin adının dəyişdirilməsini təklif edib

Sərdar Cəlaloğlu Birləşmiş Hüquq Müdafiə Mərkəzinin adının dəyişdirilməsini təklif edib
# 25 avqust 2014 09:33 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “AXCP-nin Birləşmiş Hüquq Müdafiə Mərkəzindən intriqa kimi istifadəsinin qarşısını almaq və ictimai rəydə çaşqınlıq yaratmamaq məqsədilə qurumun adının dəyişdirilməsini təklif etdim. Nəzərə aldıq ki, bu təklif növbəti toplantıda müzakirə olunsun”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, Birləşmiş Hüquq Müdafiə Mərkəzinin üzvü Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu bildirib ki, sonuncu toplantıda qurumun buraxılmasını təklif etsə də, məsələyə aydınlıq gətirildikdən sonra bu fikrindən daşınıb: “Məlum oldu ki, bizim qurum Milli Şuranın yaratdığı Müdafiə Komitəsindən əvvəl yaradılıb. Onlar görəndə ki, biz belə bir qurum yaratmışıq, təcili toplantı keçirərək, Müdafiə Komitəsi yaradıblar. Bu baxımdan mərkəzin Milli Şuranın qurumuna alternativ olaraq yaradıldığı barədə məlumatların əsassız olduğu sübut olundu. Əksinə, onların bizim quruma alternativ yaratdığı məlum oldu. Mən çalışacağam ki, burada Milli Şuranın həyata keçirdiyi siyasətlə bizim heç bir oxşar tərəflərimiz olmasın”.

Xatırladaq ki, AXCP sədrinin müavini Razi Nurullayev APA-ya açıqlamasında deyib ki, partiyanın Birləşmiş Hüquq Müdafiə Mərkəzinin toplantılarına qatılmamasına səbəb bu birlikdə baş verə biləcək intriqalardan uzaq olmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR