Xorvatiya – Azərbaycan - 6:0 - VİDEO

Xorvatiya – Azərbaycan - 6:0 - <span style="color: red;">VİDEO
# 13 oktyabr 2014 22:40 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, H qrupunda mübarizə aparan komandamız üçüncü görüşünə çıxıb.

Palermo şəhərində İtaliya yığmasına 2:1 hesabı ilə uduzan Berti Foqtsun yetirmələri yenə səfər sınağında olub. Millimiz qrupun favoritlərindən olan Xorvatiya ilə münasibətlərinə aydınlıq gətirib.

Xal üzünə həsrət qalan komandamız Osiyek şəhərində meydana çıxmağa peşman olub. Xorvatlar matçda 6:0 hesabı ilə qələbə qazanıb.

Görüşdə İvan Perisiç (34; 45) dubl edib. Andrey Kramariç (11), Marselo Brozoviç (45+2) və Luka Modriç (56-pen) hərəyə bir dəfə fərqlənib. Ev sahiblərinin sonuncu qolunu isə Rəşad Sadıqov vurub. “Qarabağ”ın müdafiəçisi 61-ci dəqiqədə avtoqola imza atıb.

AVRO-2016-nın seçmə mərhələsi

“H” qrupu

Xorvatiya – Azərbaycan - 6:0

QOLLAR: Andrey Kramariç, 11, İvan Perisiç, 34; 45, Marselo Brozoviç, 45+2, Luka Modriç, 56-pen, Rəşad Sadıqov, 61-avtoqol

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR