Misirdə hamilə qadın “donuz qripi” virusundan ölüb

Misirdə hamilə qadın “donuz qripi” virusundan ölüb
# 24 noyabr 2014 08:11 (UTC +04:00)

Bakı – APA. Misirdə hamilə qadın “donuz qripi” kimi tanınan H1N1 virusundan ölüb.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, Misir Səhiyyə Nazirliyindən birildiriblər ki, hakimlər öncə 31 yaşlı qadının “quş qripi”nə yoluxduğunu ehtimal etsələr də, sonradan bu diaqnoz təsdiqlənməyib.

Qeyd edək ki, ötən həftə Misirdə iki nəfər “quş qripi” virusundan vəfat edib. 2014-cü ildən ölkədə H5N1 virusu 5 nəfərin ölümünə səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR