İsa Qəmbər növbəti qurultayda yenidən başqanlığa namizəd olacağını istisna etməyib

İsa Qəmbər növbəti qurultayda yenidən başqanlığa namizəd olacağını istisna etməyib
# 26 sentyabr 2014 10:10 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Seçiləcək yeni başqanın səlahiyyət müddəti başa çatdıqdan sonra başqanlığa namizəd ola bilərəm. Lakin düşünürəm ki, yeni başqan yaxşı çalışacaqsa, buna ehtiyac olmayacaq”. Bu sözləri APA-nın sualına cavabında Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib. O, partiyada bundan sonrakı fəaliyyətinə də aydınlıq gətirib: “Mən sıravi müsavatçı kimi fəaliyyət göstərmək istəyirəm. Ancaq təbii ki, hər şey mənə göstərilən etimaddan asılı olacaq. Partiya üzvləri məni hər hansı vəzifədə görsələr, mən bu barədə düşünə bilərəm. Etimad göstərsələr, prezidentliyə namizəd kimi də çıxış edə bilərəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR