Bakıda təcili yardım maşını aşıb - FOTOSESSİYA - VİDEO

Bakıda təcili yardım maşını aşıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 noyabr 2014 22:21 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Həsən Əliyev küçəsində qeydə alınıb. Azadlıq prospekti ilə kəsişmədə təcili yardım avtomobili "KİA" markalı minik maşını ilə toqquşub və aşıb.

Avtomobilin sürücüsü Ramiz İbrahimovun APA-ya verdiyi məlumata görə, klinikanın həkimlərindən biri Sumqayıtda yol qəzasına uğrayıb və beyin xəsarəti alıb. Onu Bakıya gətirmək üçün tələsən təcili yardım avtomobili sayrışan işıqlarla və mikrofonla xəbərdarlıq edərək, yol kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirib. İşıqforun yaşıl işığında keçən "KİA" markalı avtomobil təcili yardım maşınına çırpılıb və ambulans aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR