Bakı. Hafiz Heydərov – APA. Rusiya tərəfindən axtarışda olan şəxs Azərbaycanda həbs edilib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Nurlan Əlihüseynov tutulub.