İqtisadiyyat və sənaye nazirinin Tərtərdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

İqtisadiyyat və sənaye nazirinin Tərtərdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
# 03 dekabr 2013 07:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Dekabrın 21-də iqtisadiyyat və sənaye naziri Tərtərdə vətəndaşları qəbul edəcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazir Şahin Mustafayevin Tərtərdə dekabrın 6-na nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dekabrın 21-nə keçirilib.

Saat 10:00-dan etibarən Tərtər Rayon Gənclər Mərkəzində (Tərtər rayonu, Heydər Əliyev prospekti,2) təşkil olunacaq qəbulda iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev Ağdam, Goranboy və Tərtər rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Nazirliyin [email protected] e-mail ünvanı, 195-2 Telefon Məlumat Mərkəzi və s. müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR