Ucarda mağazadan çoxlu sayda mobil telefon oğurlayan şəxs tutulub - VİDEO

Ucarda mağazadan çoxlu sayda mobil telefon oğurlayan şəxs tutulub - <span style="color: red;">VİDEO
# 19 sentyabr 2013 10:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Ucarda 30 ədəd mobil telefon oğurlayan şəxs tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Namiq Hüseynova məxsus mağazadan 30 ədəd mobil telefonu oğurlayan rayon sakini Elçin Tağıyev tutulub. Onun əvvəllər də məhkum olunduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR