Gəncədə yolun nəzərdən tutulmayan hissəsindən keçən piyadalara qarşı reyd keçirilib - FOTO - VİDEO

Gəncədə yolun nəzərdən tutulmayan hissəsindən keçən piyadalara qarşı reyd keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 10 may 2014 13:50 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə “Diqqət Piyada” aylığı davam edir.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərdə keçirilən reyd zamanı 37 piyada cərimələnib.

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin təbliğat və təşviqat üzrə inspektoru Misir Quliyev bildirib ki, mayın 5 dən “Diqqət Piyada” günlərinə start verilib. Onun sözlərinə görə, 4 gün müddətində 100-dən artıq piyada yolu nəzərdə tutulmayan yerdən keçdiklərinə görə cərimələnib. Onlara qarşı İnzibatı Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib və 20 manat məbləğində cərimə edilərək bildiriş paylanılıb. Misir Quliyev bildirib ki, aparılan reydlər artıq təsir göstərməyə başlayıb.

Qeyd olunub ki, piyadalara nəzərdə tutulan yerlərdə yol verməyən sürücülər də var və reyd zamanı 30-a yaxın belə sürücü 40 manat məbləğində cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR