Bakı İstintaq Təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Bakı İstintaq Təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 09 iyun 2014 11:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edilmiş şəxs Rauf Lazım oğlu Mahmudova vətəndaş Elçin Nəhmət oğlu Bağırovun gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan “noğul” dənələrinin içərisindən 7 ədəd şəffaf sellofana bükülmüş ümumi çəkisi 0.698 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Penitensiar Xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 178.3.3; 310 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum İman Həsən oğlu İbrahimovun yanına qısamüddətli görüşə gəlmiş qardaşı Fazil Həsən oğlu İbrahimovun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki şalvarın cibindən daxilində “Nar” və “Cin” danışıq kartları olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR