«Bank of Azerbaijan»ın aktivləri 68% artıb

«Bank of Azerbaijan»ın aktivləri 68% artıb
# 19 avqust 2013 09:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Bank of Azerbaijan» ASC-nin aktivlərinin həcmi 2013-cü il iyulun 1-nə 347,356 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 67,6% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 64,1% artaraq 299,338 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 90,737 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin iyulun 1-nə olan göstəriciyə nisbətən 4,5 dəfə çoxdur.

Bankın depozit portfeli son bir ildə 38,4% artaraq 166,398 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 77,002 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 24,4% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 89,4% artaraq 49,963 mln. manat, o cümlədən nizamnamə kapitalı 49,3% artaraq 50,000 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 45,8% artaraq 28 468, o cümlədən fiziki şəxslərin sayı 45,8% artaraq 25 789, hüquqi şəxslərin sayı 46,5% artaraq 2 679 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il iyulun 1-nə 8 115-ə bərabər olub ki, bu da illik müqayisədə 4,6% azdır. O cümlədən, debet kartların sayı 8,0% azalaraq 6 277-yə, kredit kartların sayı 14,2% artaraq 1 838-ə çatıb.


Hazırda bankın ölkə üzrə 17 filialı, 37 bankomatı, 1 914 POS-terminalı fəaliyyət göstərir. Bankın 320 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR