Göygöldə yük avtomobili aşıb, sürücü xəsarət alıb - VİDEO

Göygöldə yük avtomobili aşıb, sürücü xəsarət alıb - <span style="color: red;">VİDEO
# 06 iyun 2014 21:32 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə iyunun 6-da saat 21:00 radələrində Gəncə- Göygöl-Toğana yolunun Aşıqlı kəndi ərazisindən keçən hissəsində baş verib.

“Avtotransyolservis” şirkətinə məxsus, Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü Kərimov Vüqarın idarə etdiyi “Shacman” markalı yük avtomobili kənddə yaşayış evinin hasarına çırpılıb, daha sonra isə maşın aşıb.

Qəza zamanı sürücü bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Avtomobildə olan asfalt yola dağılıb.

Yolda hərəkət tam dayandığından Gəncə Göygöl Toğana istiqamətində tıxacı yaranıb. Hazırda aidiyyəti qurumlar yolun təmizlənməsi işləri ilə məşğuldurlar.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR