Azərbaycanda südə olan tələbatın 70%-i idxal hesabına ödənilir

Azərbaycanda südə olan tələbatın 70%-i idxal hesabına ödənilir
# 19 dekabr 2013 09:52 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov bildirib.

Ç.Fərəcov qeyd edib ki, bu gün Azərbaycanda 2,7 mln. baş iri buynuzlu heyvan saxlanılır, il ərzində təxminən 1,7 mln. ton süd sağılır və 55 süd emalı müəssisəsi fəaliyyət göstərir.

Şöbə müdirinin fikrincə, bu rəqəm qənaətbəxş hesab olunmur və nəticədə yerli ticarət şəbəkəsində satılan süd məhsullarının 30%-i yerli istehsala aiddir, qalan 70%-i isə idxal malları təşkil edir: «Nəzərə alsaq ki, adambaşına 72 litr süd istehlak edilməlidir, o zaman bu sahədə fəaliyyət göstərən yeni istehsal müəssisələrinin yaradılmasına böyük ehtiyac olduğu diqqət çəkir».

Azərbaycanda süd və süd məhsullarının istehsalı, eyni zamanda mövcud vəziyyət haqqında məlumat verən Ç.Fərəcov ölkədə bu sahədə iş qurmaq istəyən yerli və xarici investorlara Nazirlik tərəfindən lazımi dəstəyin veriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR