“Azər-Türk Bank” növbəti kampaniyaya start verib

“Azər-Türk Bank” növbəti kampaniyaya start verib
# 08 avqust 2014 08:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Azər-Türk Bank” avqust ayından etibarən “Standard ödə, Gold qazan” kampaniyasına start verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, sentyabrın sonuna qədər davam edəcək kampaniya zamanı müraciət edəcək müştərilər “Master Standard” qiymətinə “Master Gold” kredit və ya debit kartları əldə edə biləcəklər.

Bankın bütün növ kartları vasitəsilə ölkə daxilində və xaricində təhlükəsiz və rahat ödəniş etmək mümkündür. Bu kartlar vasitəsilə internetdə ediləcək ödəmələr “3D Security” sistemi ilə qorunacaq. Bankın kredit kartları vasitəsilə 40 günə qədər faizsiz ödəmə etmək imkanı mövcuddur. Həmçinin bankın debit və kredit kartları vasitəsilə digər kartlara çox rahat Card-to-Card edib, digər şəxslərin kartlarına pul transferi reallaşdırmaq mümkündür.

Daha ətraflı məlumat əldə etmək üçün (012) 945 nömrəsi ilə əlaqə saxlaya və ya bankın rəsmi internet səhifəsindən (www.azerturkbank.biz) məlumat almaq olar.

“Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR