Son 1 ildə Naxçıvanda ÜDM istehsalı 3% artıb

Son 1 ildə Naxçıvanda ÜDM istehsalı 3% artıb
# 21 aprel 2015 11:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasında 448 mln. 708 min manat dəyərində ümumi daxili məhsul istehsal edilib ki, bu da bir il öncəki göstəricidən 2,6% çoxdur.

APA-Economics”in Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,8% artaraq 1 019 manatı ötüb.

Ümumi daxili məhsulun tərkibində maddi istehsalın payı 58,4% təşkil edib. Bu ilin müvafiq dövrü ilə müqayisədə 2015-ci ilin yanvar-mart ayları ərzində sənaye məhsulunun həcmi 2,1%, əsas kapitala yönəldilən investisiyalar 0,2%, kənd təsərrüfatının ümumi məhsulu 5,3%, nəqliyyat sektorunda yük daşınması 2%, informasiya və rabitə xidmətlərinin həcmi 2,7%, o cümlədən mobil rabitə xidməti1,1%, pərakəndə əmtəə dövriyyəsi 2,8%, əhaliyə göstərilən pullu xidmətlər 3,8%, ixracın həcmi 1,4%, əhalinin gəlirləri 1,7%, hər bir nəfərə düşən gəlirlər 0,6%, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 3,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR