Əhalinin banklardakı əmanətləri bir il ərzində 10%-dən çox artıb

Əhalinin banklardakı əmanətləri bir il ərzində 10%-dən çox artıb
# 14 mart 2015 08:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin fevralın 1-nə əhalinin banklardakı əmanətlərinin məbləği 7,1 mlrd. manata çatıb.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 10,4% artıb.

Əmanətlərin 4,3 mlrd. manatı və ya 60%-i milli, 2,8 mlrd. manatı xarici valyutada qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 8,8 və 12,8% artıb. Əmanətlərin 75,7%-i özəl banklarda yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR