İstanbulda özünü polis kimi təqdim edən şəxslər azərbaycanlı qadını soyublar

İstanbulda özünü polis kimi təqdim edən şəxslər azərbaycanlı qadını soyublar
# 28 iyul 2012 09:24 (UTC +04:00)
APA-nın “DHA”ya istinadən verdiyi məlumata görə, qadın hadisə ilə bağlı yerli polis orqanına müraciət edib. O, özünü polis kimi təqdim edən şəxslər tərəfindən soyulduğunu bildirib: “Əllərində ratsiya və qandallar olan dörd nəfər mənzilimdə axtarış aparacağını bildirdi. Evin hər tərəfini axtardılar, tapdıqları 8,5 min lirə və boyunbağımı aparıb getdilər. Sonra da telefonla zəng vuraraq daha 14 min lirə istədilər”. Qadının təsvir etdiyi dörd nəfər tutulub və onlar ədliyyə orqanlarına təhvil verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR