Dövlət Baytarlıq Xidməti Azərbaycana salmonellyoz xəstəliyi təhlükəsi olan yumurtaların gətirilməsi barədə məlumatlara münasibət bildirib
14 iyul 2012 10:28 (UTC +04:00)
DBX-nin mətbuat xidmətindən APA-ya bildirilib ki, belə fikirlərin və yayılan məlumatın heç bir əsası yoxdur və qəbuledilməzdir. “Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev iddia edir ki, Azərbaycana Ukrayna, Belarus kimi ölkələrdən salmonellyoz xəstəliyinin təhlükəsi olan yumurtalar gətirilir. Məlumatda vurğulanır ki, gətirilən yumurtalar yoxlanılmadan ölkəyə idxal olunur. Bu məlumatların heç bir əsası yoxdur”.
DBX-nin məlumatında bildirilir ki, ölkəyə gətirilən yük "Qurudayaşayan Heyvanların Sanitar Məcəlləsi"nin tələblərinə uyğun olaraq baytarlıq sertifikatı, keyfiyyət vəsiqəsi və s. baytarlıq sənədləri ilə müşayiət olunur. Sözügedən sənədləri imzalayan dövlət baytarlıq xidməti orqanları bu sənədlər üçün məsuliyyət daşıyırlar: “Eyni zamanda bildiririk ki, salmonellyoz xəstəliyinin təlimatına əsasən, ölkənin hər hansı təsərrüfatında xəstəlik baş verərsə, bu zaman məhdudiyyət ölkəyə yox, yalnız xəstəlik baş vermiş təsərrüfata tətbiq edilir. Odur ki, Ukraynadan ölkəmizə idxal olunan yumurta salmonellyoz baş vermiş təsərrüfatdan deyil, sağlam təsərrüfatdan idxal edilir. Ukraynadan gətirilən mətbəx yumurtasından götürülən nümunələr dövlət tərəfindən akkreditə olunmuş Respublika Baytarlıq Laboratoriyasında baytarlıq-sanitariya ekspertizasından keçirilib və salmonellalar aşkarlanmayıb. Yoxlanılan nümunələr baytarlıq-sanitariya cəhətdən yararlı olub”.

Sosial
Sığorta bazarının aktivləri 1,8 mlrd. manatı ötüb
12:48
18 may 2024
Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb
11:57
18 may 2024
FHN tərəfindən “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbirlər keçirilib - FOTO
11:27
18 may 2024
Şahdağa 5, Qaxa 2 santimetr qar yağıb - Faktiki hava
11:02
18 may 2024