“Eurovision” Mərkəzində müsabiqə ilə bağlı tanıtım videoçarxlarının çəkilişləri üçün ikinci kastinqlər həyata keçirilir - FOTO

“Eurovision” Mərkəzində müsabiqə ilə bağlı tanıtım videoçarxlarının çəkilişləri üçün ikinci kastinqlər həyata keçirilir - <font color=red>FOTO</font>
# 04 fevral 2012 11:39 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision – 2012” mahnı müsabiqəsi ilə bağlı tanıtım videoçarxlarının çəkilişləri üçün ikinci kastinqlər həyata keçirilir. APA-nın məlumatına görə, elə seçimlərin ilk dəqiqələrindəcə “Eurovision” Mərkəzinə çoxlu sayda insan müraciət edib. “Eurovision” Mərkəzində aparılan kastiqnlərdə bir neçə saat ərzində 150-yə yaxın insanın fotosu çəkilib. Kastinqlər saat 20.00-dək davam edəcək.

Qeyd edək ki, “Eurovision – 2012” mahnı müsabiqəsinin İşçi Qrupu tərəfindən ilk kastinqlər yanvarın 6-da həyata keçirilib. İlk seçimlərdə 388 nəfər iştirak edib.

Yanvarın 6-sı və fevralın 4-də keçirilən kastinqlərdə uğurlu nəticə əldə edən iştirakçılar ikinci mərhələyə dəvət olunacaq.

Kastinqlərin keçirilməsində məqsəd “Eurovision” Mahnı Müsabiqəsinin tanıtım videoçarxlarında çəkiləcək simaların sadə vətəndaşlar arasından seçilməsi və bu müsabiqədə hamının yaxından iştirakına imkan yaradılmasıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR