Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri gələn ay bir sıra tədbirlərdə iştirak edəcək

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri gələn ay bir sıra tədbirlərdə iştirak edəcək
# 30 may 2012 07:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iyun ayında bir sıra tədbirlərdə iştirak edəcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, iyunun 4-dən 7-dək İtaliyanın San-Remo şəhərində Tərəfdaşlıq Təlim və Tədris mərkəzlərinin işçi qrupunun 2-ci görüşü, iyunun 4-dən 8-dək Almaniyanın Obream şəhərində “İllik hərbi məlumat mübadiləsi proqramının yeni versiyası ilə tanışlıq kursu”, Finlandiyanın Sakyla şəhərində “Əməliyyat İmkanları Konsepsiyasının qiymətləndirmə və rəy proqramı çərçivəsində qiymətləndiricilər üçün 24-cü təlim kursu”, iyunun 4-dən 22-dək Macarıstanda 23-cü Beynəlxalq hərbi müşahidəçilər kursu, iyunun 11-dən 15-dək Xorvatiyanın zaqreb şəhərində Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu keçiriləcək.

Azərbaycan hərbçiləri, həmçinin iyunun 11-dən 15-dək Montoneqronun Budva şəhərində «Combined Endevor 2012» təliminin, iyunun 11-dən 16-dək Slovakiyanın Bratislava şəhərində “Capable Logistician-2013” təliminin əsas planlaşdırma konfransına qatılacaqlar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR