FRONTEX Agentliyinin icraçı direktoru DSX rəisinin dəvəti ilə Azərbaycana gəlib

FRONTEX Agentliyinin icraçı direktoru DSX rəisinin dəvəti ilə Azərbaycana gəlib
# 09 avqust 2012 15:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) rəisinin dəvəti ilə FRONTEX Agentliyinin icraçı direktoru İlkka Laytinenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə APA-ya DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti DSX rəisi, general-leytenant Elçin Quliyev tərəfindən qəbul edilib. Görüşdə Azərbaycanın sərhəd təhlükəsizliyi sistemi, DSX-nin vəzifə və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər barəsində məlumat verilib. Qarşılıqlı əməkdaşlığın vəziyyəti və perspektivləri, o cümlədən tərəflər arasında əlaqələrin normativ-hüquqi bazasının inkişaf etdirilməsi, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans çərçivəsində fəaliyyətin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti DSX-nin Akademiyası, Sahil Mühafizəsi və «Sərhədçi» İdman Olimpiya Mərkəzinin fəaliyyəti ilə tanış edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR