Polşanın turizm şirkətləri və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət heyət Azərbaycanda səfərdədir

Polşanın turizm şirkətləri və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət heyət Azərbaycanda səfərdədir
# 11 sentyabr 2012 12:48 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Polşanın turizm şirkətləri və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət 10 nəfərlik heyət Azərbaycana səfər edib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, infotur “Azərbaycanda polyak izləri” adı altında həyata keçirilir. Səfərin məqsədi Azərbaycanın turizm imkanlarını ilk dəfə olaraq Polşadan olan turizm şirkətləri və kütləvi informasiya vasitələrinə tanıtmaqdan ibarətdir. İnfotur çərçivəsində paytaxt Bakı ilə yanaşı, İsmayıllı və Qəbələ rayonlarına da səfərlər təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR