Azərbaycan Beynəlxalq Bankı İslam bankçılığının tətbiqi ilə bağlı hazırlıq işlərini başa çatdırıb

Azərbaycan Beynəlxalq Bankı İslam bankçılığının tətbiqi ilə bağlı hazırlıq işlərini başa çatdırıb
# 27 iyun 2012 07:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam bankçılığının tətbiqi ilə bağlı hazırlıq işləri çərçivəsində bütün struktur məsələlərini başa çatdırıb. Bunu «APA-Economics»ə açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

S.Hacıyevin sözlərinə görə, şəriət qaydaları üzrə bank xidmətlərinə başlamaq üçün artıq xaricdən vəsaitin cəlb olunması üçün tərəf müqabilləri ilə aparılan danışıqlar da başa çatdırılıb. «Cəlb olunacaq vəsaitlərin hansı sahələrə yönəldilməsi ilə bağlı təkliflər hazırlanaraq bankın təsisçilərinə və Müşahidə Şurasına təqdim olunub. Əsas vaxt aparan da məhz bu təkliflərin nəzərdən keçirilməsidir. Yəni, şəriət qaydalarına uyğun bank xidmətlərinə başlamaq təsisçilərdən asılı olam məsələdir», - deyə C.Hacıyev bildirib.

Xatırladaq ki, Azərbaycanın ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR