Cəbhə xəttində növbəti diversiyaya cəhd göstərən Ermənistan Ordusunun bir əsgəri öldürülüb, ikisi yaralanıb

Cəbhə xəttində növbəti diversiyaya cəhd göstərən Ermənistan Ordusunun bir əsgəri öldürülüb, ikisi yaralanıb
# 06 iyun 2012 13:14 (UTC +04:00)
APA-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bu gün cəbhənin müxtəlif istiqamətlərində baş vermiş atışmada Ermənistan Ordusu bir əsgər itirib.

Məlumatda qeyd olunub ki, bu gün saat 04:15-də Füzuli rayonunun Horadiz kəndi istiqamətində Ermənistan Ordusunun kiçik serjantı Ohanyan Vardan Robertoviç həlak olub, Mavreyan Araik Qeqamoviç və Satryan Volodya Yuriyeviç yaralanıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin iyunun 5-də saat 18.00-dan iyunun 6-sı səhər saat 08.00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərindən atəşkəs rejimini pozduğunu bəyan edib. Atışmalar intensiv xarakter daşımasına baxmayaraq Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR