Texniki nasazlıq səbəbindən təxirə salınan Bakı-Dubay aviareysini yerinə yetirən təyyarə Dubaya yola salınıb

Texniki nasazlıq səbəbindən təxirə salınan Bakı-Dubay aviareysini yerinə yetirən təyyarə Dubaya yola salınıb
# 20 fevral 2012 09:38 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, «Boeing 757-200» sərnişin təyyarəsində aşkarlanan texniki nasazlıq aradan qaldırılıb və təyyarə saat 12:23-də Bakıdan Dubay istiqamətində havaya qalxıb.

Qeyd edək ki, 011 saylı Bakı-Dubay aviareysi üzrə saat 10:05-də ilk dəfə havaya qalxan «Boeing 757-200» sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən yenidən Bakı aeroportuna enib. Texniki nasazlıq təyyarə havaya qalxandan sonra üzə çıxıb və təyyarə yenidən aeroporta endirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR