Bərdə rayonuna elektrik enerjisinin verilməsi dayandırılıb
31 mart 2012 19:11 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu-APA. Bu gün Bərdə rayonuna səhər saatlarından elektrik enerjisinin verilişi dayandırılıb. Yerli sakinlərin APA-nın Qarabağ bürosuna verdiyi xəbərə görə, martın 31-i səhər saat 9 radələrindən indiyədək rayonun bütün ərazisində elektrik enerjisi olmayıb. Xəbəri Bərdə Paylayıcı Elektrik Şəbəkəsində təsdiqləyiblər. İdarədən verilən məlumata görə, Bərdə rayonun da qidalandığı yüksəkgərkginlikli elektrik naqillərinin yeniləri ilə əvəzlənməsi məqsədilə müxtəlif istiqamətlərdə təmir-yenidənqurma işləri aparıldığı üçün əhaliyə elektrik enerjisinin verilməsi mümkün olmayıb. Günün sonuna qədər enerji verilişinin bərpa olunması nəzərdə tutulsa da, bu saatadək hələki mümkün olmayıb.
Hadisə
Lənkəranda itkin düşən kişinin meyiti tapılıb
15:59
24 iyun 2024
Məhkəmə həbsdə olan jurnalist Cəmil Məmmədli ilə bağlı qərar verib
13:13
24 iyun 2024
Baş prokuror: Separatçılarla bağlı cinayət işi üzrə istintaq başa çatıb, yaxın günlərdə məhkəməyə göndəriləcək
13:01
24 iyun 2024
Novxanı çimərliyində bir nəfər suda boğulub
11:51
24 iyun 2024