Qazaxda gənclər üçün “Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninq keçirilib

Qazaxda gənclər üçün “Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninq keçirilib
# 05 may 2012 15:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda Beynəlxalq Əmək Təşkilatının “Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir” Proqramı çərçivəsində gənclər üçün “Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninq keçirilib.

İqtisadi İnkişaf Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, treninqdə iştirakçılara biznes ideyanın formalaşması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin, www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR