Qırğızıstanda bazarda sanitar qovşağı uçub, xəsarət alanlar var

Qırğızıstanda bazarda sanitar qovşağı uçub, xəsarət alanlar var
# 03 noyabr 2012 16:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qırğızıstanda kənd təsərrüfatı məhsulları satışı bazarında ictimai-sanitar qovşağın uçması nəticəsində 12 nəfər xəsarət alıb, ölənlərin olduğu bildirilir.

APA-nın məlumatına görə, Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə Qırğızıstanın cənubunda yerləşən Qarasu bazarında bu gün günorta saatlarında baş verib. Hadisə nəticəsində iri sanitar qovşağı dağılıb və orada olan insanların bir çoxu tullantılar üçün nəzərdə tutulan quyulara düşüblər.

Hadisə zamanı xəsarət alan 12 nəfərdən 5-i xəstəxanaya yerləşdirilib, onlardan 1-nin vəziyyəti ağırdır.

Hazırda hadisə yerində axtarış tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR