“Azərbaycanda Türkiyə Həftəsi”nə yekun vurulub - FOTO

“Azərbaycanda Türkiyə Həftəsi”nə yekun vurulub - <font color=red>FOTO</font>
# 26 sentyabr 2012 08:51 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, iki il əvvəl rəhbərlik etdiyi qurum Türkiyə XİN yanında Strateji Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq memorandumu imzalayıb. Türkiyədə Azərbaycan, Azərbaycanda Türkiyə həftəsi çərçivəsində Türkiyənin Trabzon, Konya və Ərzurum universitetlərində, həmçinin Azərbaycanın Gəncə və Lənkəran kimi şəhərlərində tədbirlər keçirilib. Tədbir iştirakçıları həmçinin Ağdamda olub, məcburi köçkünlərlə görüşüb onları narahat edən məsələlərlə maraqlanıblar.

F.Məmmədov bu il Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzi ilə birgə bir sıra tədbirlər keçirildiyini, SAM-ın bu sahədə yeni layihələr planlaşdırdığını da vurğulayıb.

Türkiyə XİN SAM-ın direktoru Bülent Aras ölkələr arası əlaqələrin inkişafından danışıb: «Son dönəmdə əlaqələr maksimum inteqrasiya edir. Beynəlxalq siyasətdə bu özünü daha çox göstərir. Siyasi və iqtisadi əlaqələr daha da güclənir».

B.Aras Türkiyədə Azərbaycan, Azərbaycanda Türkiyə həftəsi çərçivəsində yaxşı nəticələr alındığını vurğulayıb. O, Azərbaycan SAM-ı ilə birgə mütəmadi tədbirlər keçiriləcəyini bildirib.

B.Aras bildirib ki, onun təmsil etdiyi qurum Türkiyə ictimaiyyətində Qarabağ həqiqətlərinin yayımı, bilgiləndirmə sahəsində işlər həyata keçirilir.

«Türkiyə dövlət adamlarının, ekspertlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri bizim üçün olduqca böyük əhəmiyyət daşıyır», - deyə F. Məmmədov vurğulayıb. Onun sözlərinə görə, görüşlərdə Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı müxtəlif təşkilatların apardığı fəaliyyətlər də təhlil olunub.

TBMM millət vəkili Tülay Salamoğlu isə deyib ki, bu il Türkiyədə Xocalı soyqırımı ilə bağlı məlumatlandırma həyata keçirilib, daha geniş ictimaiyyətə tanıdılıb: «Xocalının insanlığa qarşı cinayət olduğunu deyir və bunu dünyaya bəyan edəcəyik».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR