Təhsil müəssisələri akademik müvəffəqiyyətlər haqqında məlumatları ”Tələbə-məzun dövlət elektron məlumat sistemi”nə daxil edəcəklər

Təhsil müəssisələri akademik müvəffəqiyyətlər haqqında məlumatları ”Tələbə-məzun dövlət elektron məlumat sistemi”nə daxil edəcəklər
# 28 mart 2012 08:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda növbəti tədris ilindən təhsil müəssisələri akademik müvəffəqiyyətlər haqqında məlumatları da ”Tələbə-məzun dövlət elektron məlumat sistemi”nə daxil edəcəklər.
APA-nın məlumatına görə, bunu sistemin təqdimat mərasimində çıxış edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Məlumat bazalarının aparılması və elektron arxivlə iş sektorunun müdiri Sahib Mərdanov deyib.

Onun sözlərinə görə, təhsil müəssisələri tərəfindən xarici ölkələrə köçürülmüş tələbələr, təkrar təhsil almış şəxslər haqqında məlumatların bu sistemə daxil olunması məqsədəuyğundur. Sistemdə sorğuların aparılması üçün axtarış sistemi də nəzərdə tutulub. Sistemdə hər hansı tələbənin anketini almaq imkanı yaradılıb. Bu da həmin tələbə haqqında tam məlumat almağa şərait yaradacaq.

Qeyd edək ki, TQDK ölkə prezidentinin sərəncamı ilə hazırlanmış ”Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin təqdimatını keçirib.
Sistemdə 1992-2011-ci illər ərzində ali məktəblərə imtahan vermiş 1 milyon 978 min 226 adam haqqında məlumat var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR