Azərbaycanın xarici işlər naziri Böyük Britaniyaya işgüzar səfərə gedib

Azərbaycanın xarici işlər naziri Böyük Britaniyaya işgüzar səfərə gedib
# 24 aprel 2012 12:40 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına işgüzar səfərə yola düşüb. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşü nəzərdə tutulur.

Nazir Elmar Məmmədyarov eyni zamanda, Böyük Britaniyanın Avropa Məsələləri üzrə Naziri Devid Lidinqton və Böyük Britaniya Parlamentinin Britaniya-Azərbaycan qrupunun üzvləri ilə də görüşəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR