Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb
# 08 iyun 2012 13:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. May ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 7,6% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 90,8% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 9,3% ucuzlaşıb.

May ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,4% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 7,6%, tikinti məmulatlarının istehsalı üzrə 3,2%, toxuculuq sənayesi üzrə 2,4%, maşın və avadanlıqların istehsalı üzrə 1,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,2%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,8%, metallurgiya sənayesi üzrə 0,4%, qida məhsullarının istehsalı və poliqrafiya fəaliyyəti üzrə 0,1% ucuzlaşıb, neft məhsullarının istehsalı üzrə 1,7%, kimya sənayesi üzrə 1,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,6%, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,5%, tütün məmulatlarının istehsalı üzrə 0,4%, içki istehsalı və elektrik avadanlıqlarının istehsalı üzrə 0,3%, geyim istehsalı və avtomobil və qoşquların istehsalı üzrə 0,2%, kağız və karton istehsalı, əczaçılıq məhsullarının istehsalı üzrə isə 0,1% bahalaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətləri 0,5% ucuzlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR