Vladimir Putin: “Rusiya-Azərbaycan regionlararası forumu dövlətlərimiz arasında qarşılıqlı fəaliyyətin ən səmərəli vasitələrindən birinə çevrilib”
28 iyun 2012 16:22 (UTC +04:00)
APA-nın məlumatına görə, təbrik məktubunda bildirilir:
“Hörmətli dostlar!
“Rusiya-Azərbaycan dialoqu-2012” üçüncü Rusiya-Azərbaycan regionlararası forumunun açılışında sizi salamlayıram.
Sevindirici haldır ki, Rusiya-Azərbaycan regionlararası əlaqələri ardıcıl inkişaf edir, öz orbitinə iki ölkənin on minlərlə vətəndaşını cəlb edir. Bu cür əməkdaşlıq xalqlarımız arasında etimad və qarşılıqlı anlaşma ruhunun möhkəmlənməsində nəzərəçarpacaq rol oynayır, Rusiya-Azərbaycan münasibətlərində ümumi müsbət dinamikanı çox cəhətdən müəyyən edir.
Rusiya-Azərbaycan regionlararası forumu dövlətlərimiz arasında qarşılıqlı fəaliyyətin ən səmərəli vasitələrindən birinə çevrilib. Bu forum nisbətən qısa müddətdə Rusiya və Azərbaycanın dövlət hakimiyyəti nümayəndələri, işgüzar və ekspert birlikləri arasında açıq, konstruktiv dialoq üçün ehtiyac duyulan məkan kimi nüfuz qazanıb. Forum bizim tərəfdaşlığımız üçün əhəmiyyətli, coğrafiyası və mövzu dairəsi daim genişlənən layihə və təşəbbüslərin güclü generatoruna çevrilib.
Sizə səmərəli iş, dövlətlərimizin və xalqlarımızın rifahı naminə nəzərdə tutulan planların uğurla həyata keçirilməsini arzu edirəm”.

Xarici siyasət
Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı tədbir keçirilib - FOTO
21:00
9 may 2024
Moskvada Azərbaycanın faşizm üzərindəki qələbədə roluna həsr olunmuş sərgi açılıb - FOTO
20:37
9 may 2024
Polşada azərbaycanlı polkovnik Vəli bəy Yadigarın məzarı ziyarət olunub
16:17
9 may 2024
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb
22:38
8 may 2024