İran tarixinin ən böyük bank oğurluğuna görə iki nəfər ölüm cəzasına məhkum edilib

İran tarixinin ən böyük bank oğurluğuna görə iki nəfər ölüm cəzasına məhkum edilib
# 31 iyul 2012 10:15 (UTC +04:00)
Bakı - APA-Economics. İran tarixinin ən böyük bank oğurluğu üzrə keçirilən məhkəmə prosesi başa çatıb.

APA-Economics”in BBC-yə istinadən xəbərinə görə, 2,6 mlrd. dollar vəsaitin oğurlanmasında təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum olunub.

Məhkəmə iki nəfəri ömürlük, 33 nəfəri 25 il müddətinə azadlıqdan məhrum edib. onlar “Saderat” bankının saxta sənədlərlə külli miqdarda kredit almasında iştirakda təqsirli biliniblər. Kredit şirkətlərin səhmlərinin alınması üçün ayrılsa da, alış həyata keçirilməyib. İran prezidenti Mahmud Əhmədinejad maxinasiyalarda dövlətin iştirakına dair iddiaları təkzib edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR