Azərbaycanda son bir ildə banklardakı əmanətlərin həcmi 31% artıb

Azərbaycanda son bir ildə banklardakı əmanətlərin həcmi 31% artıb
# 18 iyul 2012 10:40 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, verilmiş kreditlərin 7,7 mlrd. manatı uzunmüddətli olub, 720,1 mln. manatının ödəmə müddəti ötüb.

Bundan başqa, əhalinin banklardakı əmanətlərinin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 30,7% artaraq iyun ayının 1-nə 4,3 mlrd. manata çatıb. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 2,4 mlrd. manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 1,9 mlrd. manat olub.

Komitədən bildirilir ki, iyun ayında milli valyutanın 1 ABŞ dollarına orta məzənnəsi 0,79 manat, 1 Avroya 0,99 manat, 100 Rusiya rubluna 2,39 manat, yanvar-iyun aylarında isə müvafiq olaraq 0,79, 1,02 və 2,57 manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR