Ədliyyə Nazirliyi İcra Xidmətinin 18 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 3 icra məmuru ədliyyə orqanlarından xaric edilib

Ədliyyə Nazirliyi İcra Xidmətinin 18 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 3 icra məmuru ədliyyə orqanlarından xaric edilib
# 17 fevral 2012 15:06 (UTC +04:00)
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərdən danışıb. O, aparılan islahatlar çərçivəsində məhkəmə qərarlarının icrası işinin xeyli yaxşılaşdırıldığını, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması istiqamətində köklü dəyişikliklərə nail olunduğunu, qanunvericiliyin əsaslı surətdə yeniləşdiyini, yeni təsirli icra mexanizmlərinin tətbiq olunmaqla icra məmurlarının səlahiyyətlərinin genişləndirildiyini, xidmətin maddi-texniki bazasının möhkəmləndirildiyini deyib.
İcra baş idarəsinin rəisi, Baş icra məmuru Xanlar Zeynalov iclasda 2011-ci ildə görülən işlər barədə məruzə ilə çıxış edib. X. Zeynalov deyib ki, 2011-ci ildə icraatda olan 162 mindən çox icra sənədinin 82%-ə yaxını öz qanuni həllini tapıb, qalanlarının qanunvericiliklə müəyyən edilən müddətlərdə tamamlanması üçün tədbirlər görülür. Məhkəmə qərarlarının icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1602 borclu şəxs inzibati məsuliyyətə cəlb olunub, həmçinin 222-si barəsində cinayət işi başlanılıb. İcra sənədlərinin icrası nəticəsində hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin məbləği ötən il 28 % artaraq 97 milyon manatdan çox təşkil edib.

İclasda ölkə başçısının korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tapşırıqları ilə əlaqədar icra sahəsində korrupsiyaya şərait yaradan halların, o cümlədən süründürməçiliyin aradan qaldırılması məsələsinin daim diqqətdə saxlanılması, xüsusilə qaynar xətlərin yaradıldığı, daxil olan şikayətlərin operativ və dolğun araşdırılması, nəticələri üzrə təxirəsalınmadan təsirli tədbirlərin görülməsi vurğulanıb.

Müşavirə zamanı həmçinin, mövcud problemlər və çatışmazlıqlar, o cümlədən icra məmurları tərəfindən əmək və icra intizamının, etik davranış qaydalarının pozulması halları qeyd edilib, bir sıra yerli icra qurumlarının fəaliyyəti tənqid olunub, bəzi işçilər tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilərək icra tədbirlərinin vaxtında həyata keçirilmədiyi, işlərin hərəkətsiz saxlanılması və bunun da vətəndaşların haqlı narazılığına səbəb olduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, 2011-ci ildə xidmətin 18 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, Bakı şəhəri Nəsimi, Nizami, habelə Xaçmaz rayonları üzrə 3 icra məmuru kobud qanun pozuntularına və ciddi nöqsanlara yol verdiklərinə görə ədliyyə orqanlarından xaric edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR