Boris Conson yenidən London meri seçilib

Boris Conson yenidən London meri seçilib
# 05 may 2012 03:52 (UTC +04:00)
Bakı-APA. Londonun hazırkı başçısı Boris Conson səslərin 51,53%-ni toplayaraq yenidən şəhər meri seçilib. Bu barədə London seçki komissiyasının sədri Con Bennet məlumat verib.

Mühafizəkarlar partiyasından olan namizəd bu vəzifəyə ikinci dəfədir seçilir. Londonda mer 4 illik seçilir. Seçilmə sayına isə məhdudiyyət yoxdur. Consonun əsas rəqibi – 2000-2008-ci illlərdə şəhər meri olmuş leyborist Ken Livinqston 48,47% səs toplayaraq ikinci olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR